Sizin reklam burada
Sizin reklam burada

Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏR

Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏR
İqtisadçı-ekspert Rövşən Ağayev pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şanslı coğrafiyaların statistikası barədə məlumat yayıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Azərbaycanda indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var:

“Pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.

Birinci şərt öz əlinizdə deyil – nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz (hər nə qədər sağlam həyat tərziniz həm də özünüzdən asılı olsa belə).

Amma yerdə qalan iki şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə, adətən, əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır”.

“Bizdə vəziyyət xeyli fərqlidir. Hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanı var.
Amma bu rəqəm ölkənin bölgələri üzrə xeyli fərqlidir.

Məsələn, Bakıda əmək qabiliyyətli yaşında hər 1000 nəfərdən 614, Cəlilabadda isə 137 nəfərinin muzdlu işçi kimi maaş və əmək stajı ilə pensiya qazanmaq şansı var. Bakıda maaş və əmək stajı ilə qocalıq pensiyası almaq şansı Cəlilabada nisbətən az qala beş dəfə çoxdur. Bu fərq rəsmi əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğulluqda nisbətinə görə yaranır.

Aşağıdakı qrafikdə rəsmi əmək müqavilələrilə məşğulluq əmsalının ən yüksək və ən aşağı olduğu 10 rayon (şəhər) göstərilib. Bu qrafikə həm də pensiyaya çıxmaq üçün ən şanslı və daha az şanslı coğrafiyanın xəritəsi də demək olar”, - deyə R.Ağayev qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ