
Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə “Kraz yolu“ adlanan yolda qeydə alınıb.
Qəza zamanı “Lexus“ markalı minik maşını aşıb. Nəticədə 3 nəfər ölüb. Bunlar 1983-cü il təvəllüdlü Əmiraslanov Ramil Söhrab oğlu, 1977-ci il təvəllüdlü Əmiraslanov Habil Hüseyn oğlu və 1973-cü il təvəllüdlü Əmiraslanov Şahin Hüseyn oğludur.
Hazırda hadisə yerində istintaqçılar araşdırma aparır.