Bu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.
Axar.az Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,21% artıb.
2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 81,3 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat təşkil edib.