Sizin reklam burada
Sizin reklam burada

ABŞ İranın raket hücumu nəticəsində xəsarət alan hərbçilərin sayını açıqladı

ABŞ İranın raket hücumu nəticəsində xəsarət alan hərbçilərin sayını açıqladı

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumu nəticəsində amerikalı hərbçilərin xəsarət aldığını açıqlayıb.

"Reuters” xəbər verir ki, CENTCOM-un nümayəndəsi Bill Urban bildirib ki, raket hücumu nəticəsində 11 ABŞ hərbçisi xəsarət alıb.

Onun sözlərinə görə, hərbçilər beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

B. Urban qeyd edib ki, müalicə prosesi başa çatdıqdan sonra hərbçilərin İraqa qayıtması gözlənilir.

Xatırladaq ki, İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) yanvarın 8-də ABŞ-ın İraqdakı bazalarına ballistik raket zərbələri endirib. Pentaqon faktı təsdiqləyib. Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində heç bir Amerika əsgərinin ölmədiyini və xəsarət almadığını açıqlayıb.

İran mətbuatı isə bu zərbələrdən sonra 80 amerikalının öldüyünü bildirib.

(apa)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ