
24 dekabr Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi önəm daşıyan bir gündür. Bu tarix ölkəmizi sabitlikdən inkişafa, inkişafdansa Zəfərə aparan Lider – Prezident İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən, güclü iqtisadi və hərbi potensiala malik dövlətə çevrilmişdir. Onun strateji baxışı, praqmatik yanaşması və prinsipial mövqeyi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında əldə olunan tarixi Zəfər Azərbaycanın gücünü, xalqımızın iradəsini və dövlətimizin sarsılmazlığını dünyaya nümayiş etdirdi. Bu Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda ədalətin və milli ləyaqətin bərpası oldu.
Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış siyasəti Prezident İlham Əliyevin uzaqgörənliyinin və gələcəyə hesablanmış dövlət strategiyasının bariz nümunəsidir.
Cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Ülvi Osmanlı
ÜLVİ OSMANLI
İsmayıllı şəhəri Talıstan liseyinin direktor müavini
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü
