"İranın nüvə proqramının obyektlərinə, ağır su istehsalı obyektlərinə zərbələr endirmək müharibə cinayəti hesab olunur".
Bu sözləri İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Bəhruz Kamalvəndi deyib.
Qeyd edək ki, martın 28-də AEOI İsrail və ABŞ-ın 28 fevraldan bəri üçüncü dəfə İranın Buşehr nüvə elektrik stansiyasına zərbə endirdiyini bildirib.
İlkin məlumatlara görə, stansiya zədələnməyib. Bir gün əvvəl İran qərbdəki Xondab şəhərindəki ağır su istehsalı zavoduna zərbələr endirildiyini bildirib.

