"Tehran davam edən hərbi münaqişə ilə bağlı mövqeyini beynəlxalq vasitəçilərə çatdırıb".
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
Bəqayi vurğulayıb ki, İsrail və ABŞ-nin davam edən raket hücumları və bombardmanları səbəbindən İran qanuni müdafiə vəziyyətindədir.
İranlı diplomat qeyd edib ki, onların mövqeyi qətidir.
Sözçünün sözlərinə görə, hazırkı eskalasiya Vaşinqton və Təl-Əvivin aqressiv hərəkətlərinin birbaşa nəticəsidir.
Bəqayi böhranın təsirinin bir neçə vacib aspektini vurğulayıb:
Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında sabitlik təhlükə altındadır.
Münaqişə artıq qlobal iqtisadi proseslər üçün ağır nəticələrə səbəb olub.
