12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü hər il ölkəmizin bütün bölgələrində, təhsil müəssisələrində, dövlət qurumlarında və ictimai təşkilatlarda böyük ehtiramla qeyd olunur. Bu gün Ulu Öndərin həyat yolu geniş şəkildə təbliğ olunur, onun dövlətçilik strategiyası gənc nəslə çatdırılır.
Dahi liderin dövlət quruculuğu sahəsində atdığı addımlar müasir Azərbaycanın inkişaf modelinin əsasını təşkil etmişdir. Təhsilin modernləşdirilməsi, mədəni irsin qorunması, iqtisadi islahatların həyata keçirilməsi, xarici siyasətin gücləndirilməsi Heydər Əliyev dövrünün ən mühüm nailiyyətlərindəndir.
Ulu Öndərin ən böyük məqsədi güclü, müstəqil, qüdrətli Azərbaycan yaratmaq idi. Bu məqsəd uğrunda onun yorulmaz və fədakar fəaliyyəti xalqımız tərəfindən yüksək dəyərləndirilir.
12 dekabrda həyata keçirilən tədbirlər — anım mərasimləri, sərgilər, ədəbi-bədii kompozisiyalar, konfranslar — Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə şərait yaradır.
Heydər Əliyev Azərbaycan xalqının şərəf, qeyrət və birlik rəmzi idi. Onun dövlətə bağışladığı xidmətlər, yaratdığı siyasi məktəb bu gün də yaşayır və ölkənin hər bir nailiyyətində öz əksini tapır.
Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi
