Bu gün İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub. Tədbiri idarə rəisi Anar Alızadə açılış nitqi ilə başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğundakı misilsiz xidmətlərindən, ölkəmizin inkişafı və güclənməsi naminə atdığı əvəzsiz addımlardan bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf yolunu müəyyən edən əsas istiqamətlərdən biridir.
Digər tədbir iştirakçıları çıxışlarında Ulu Öndərin həyat və fəaliyyətinə toxunmuş , tədbirin sonunda isə Onun əziz xatirəsi ehtiramla yad etmişdirlər .
Allah rəhmət etsin!
Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
