
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd edilən tarixi gündür. Bu gün Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı naminə gördüyü işlər geniş şəkildə öyrənilir və gənc nəslə çatdırılır.
Heydər Əliyevin siyasəti Azərbaycanın müstəqilliyini möhkəmləndirməyə, ölkənin siyasi-iqtisadi əsaslarını qurmağa, milli birliyi təmin etməyə yönəlmişdir. Onun rəhbərliyi dövründə təhsil, mədəniyyət, vətənpərvərlik tərbiyəsi, ordu quruculuğu, enerji strategiyası və xarici siyasət sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur.
Ulu Öndər daim vurğulayırdı ki, “Azərbaycanın gələcəyi bilikli, savadlı və vətənpərvər gənclərin əlindədir”. Bu gün hər bir məktəbdə, təhsil müəssisəsində Heydər Əliyev irsinin öyrənilməsi həmin ideyanın davamıdır.
12 dekabrda ölkəmizin bütün bölgələrində anım mərasimləri keçirilir, Ulu Öndərin abidələri ziyarət olunur, maarifləndirici tədbirlər təşkil edilir. Bu gün Heydər Əliyevin Azərbaycan üçün yaratdığı dəyərləri bir daha xatırladan, milli yaddaşı möhkəmləndirən mühüm gündür.
Ulu Öndərin idarəçilik məktəbi, dövlətçilik prinsipləri və müdrik ideyaları Azərbaycan üçün daimi istiqamətverici xətt olaraq yaşayır.
Qalib Nəbiyev
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru
