Sizin reklam burada
Sizin reklam burada

12 dekabr, Azərbaycan xalqının tarixində dərin iz qoymuş, milyonların qəlbində yaşayan böyük lider Heydər Əliyevin anım günüdür

12 dekabr, Azərbaycan xalqının tarixində dərin iz qoymuş, milyonların qəlbində yaşayan böyük lider Heydər Əliyevin anım günüdür


12 dekabr, Azərbaycan xalqının tarixində dərin iz qoymuş, milyonların qəlbində yaşayan böyük lider Heydər Əliyevin anım günüdür. Bu gün biz dahi şəxsiyyətin xatirəsini yalnız kədər hissi ilə deyil, həm də qürur, minnətdarlıq və ehtiramla yad edirik.

Heydər Əliyev Azərbaycan üçün sadəcə siyasətçi deyil, millətin sınaqdan çıxmış dayağı, çətin günlərin ən güvənilən ümid mənbəyi idi. Onun həyat yolu xalqına sədaqətin, Vətənə fədakarlığın və iradənin ən parlaq nümunəsi kimi tarixə düşüb.

1993-cü ildə Azərbaycanın üzləşdiyi ağır sınaq zamanı xalqın qurtuluş ümidi yenə Heydər Əliyev oldu. O, ölkəni dağılmaqdan, xaosdan, parçalanmaqdan xilas etdi.
Ulu Öndərin qayıdışı ilə Azərbaycan yenidən dirçəldi, sabitlik yarandı, quruculuq prosesləri başladı. İnsanların gələcəyə inamı, təhlükəsizliyi və rifahı bərpa olundu.

Heydər Əliyevin qurduğu dövlətçilik irsi bu gün də yaşayır. Azərbaycan onun qoyduğu təməllər üzərində daha da güclənib, dünyaya açılıb, regionun lider dövlətinə çevrilib.
Bu gün Azərbaycan Ordusu, ölkənin iqtisadi qüdrəti, beynəlxalq arenadakı mövqeyi — hamısı Heydər Əliyevin yaratdığı möhkəm fundamentin bariz göstəricisidir.

12 dekabr — xalqın öz liderinə sədaqətinin, minnətdarlığının, onun əziz xatirəsinə yaxınlığının rəmzidir.
Ulu Öndərin ömür yolu daim örnək, irsi isə daim yaşayacaqdır.


Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ