
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ölkəmizdə hər il xüsusi hörmətlə qeyd olunur. Bu gün Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi geniş islahatlar bir daha xatırlanır.
Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin dövlət quruculuğu prosesi sürətlə inkişaf etmiş, Azərbaycan regional və beynəlxalq əlaqələrdə mühüm tərəfdaşa çevrilmişdir. Onun həyata keçirdiyi islahatlar təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, energetika və sosial sahələrdə böyük nailiyyətlərə səbəb olmuşdur.
Ulu Öndər gənclərin savadlı, vətənpərvər, bilikli yetişməsinə xüsusi önəm verir, Azərbaycanın gələcəyinin məhz elmli və milli ruhlu nəsillərin əlində olacağını vurğulayırdı.
Bu gün ölkənin hər bir məktəbində, universitetində, idarə və müəssisəsində keçirilən anım tədbirlərində onun ideyaları, həyat yolu və mübarizə irsi gənc nəslə çatdırılır.
12 dekabr ölkənin dövlətçilik dəyərlərinə olan bağlılığının, milli birliyin və Azərbaycanın sabitliyinə verilən dəyərin bariz nümunəsidir. Heydər Əliyevin yaratdığı möhkəm təməllər bu gün də ölkənin inkişafını təmin edən ən əsas amildir.
İlhamə Abdullayeva
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri
