
12 dekabr Azərbaycan xalqı üçün unudulmaz və xüsusi hörmətlə qeyd edilən tarixdir. Bu gün biz Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edir, onun dövlət və xalq qarşısında göstərdiyi misilsiz xidmətləri dərin minnətdarlıqla xatırlayırıq.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi həm sovet dövründə, həm də müstəqillik illərində mühüm inkişaf mərhələlərindən keçmişdir. Onun hazırladığı kadr siyasəti, sosial layihələri, milli vətənpərvərlik ideyası ölkənin gələcək inkişafı üçün möhkəm baza yaratmışdır.
Ulu Öndərin təhsil, mədəniyyət, ordu quruculuğu, diaspor fəaliyyəti, enerji siyasəti və xarici əlaqələr sahəsində həyata keçirdiyi islahatlar bu gün də öz bəhrəsini verməkdədir. Müasir Azərbaycanın beynəlxalq miqyasda tanınması və nüfuzunun artması məhz Heydər Əliyevin uzaqgörən baxışının nəticəsidir.
Bu gün ölkənin hər yerində təşkil olunan tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xatırlanır, onun dövlətçilik məktəbi gələcək nəsillərə çatdırılır.
12 dekabr, həmçinin, Vətənə xidmət anlayışının ən ali dəyər olduğunu xatırladan bir gündür. Heydər Əliyev bu dəyərin ən bariz nümunəsi olmuş və həyatını doğma xalqının inkişafına həsr etmişdir.
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini
