Sizin reklam burada
Sizin reklam burada

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün – 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyevanın doğum günüdür.

Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. O, öz fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rol oynayır. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət və idman sahələrində irəli sürdüyü təşəbbüslər ölkəmizin inkişafına böyük töhfələr verib.

Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə həyata keçirilən humanitar layihələr təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilib. Mehriban Əliyevanın təşəbbüsü ilə tarixi-mədəni irsin qorunması, uşaq və gənclərin təhsili, sağlamlığının mühafizəsi, həmçinin qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində çoxsaylı proqramlar həyata keçirilib.

Azərbaycanın Birinci xanımı həmçinin beynəlxalq aləmdə ölkəmizin təbliğinə, sülh və tolerantlıq dəyərlərinin təşviqinə xüsusi önəm verib. Onun humanist fəaliyyəti dünya miqyasında rəğbətlə qarşılanır.

Bu gün həm ölkə daxilində, həm də xaricdə Mehriban Əliyevaya ünvanlanan çoxsaylı təbriklər onun xalqa və dövlətə göstərdiyi xidmətlərin yüksək dəyərləndirilməsinin göstəricisidir.

Ülvi Osmanlı
İsmayıllı rayon Diyallı kənd A.Məmmədov adına ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini,
Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ