
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Bu gün – 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və Azərbaycanın dünyada tanıdılmasına böyük töhfə verir.
Azərbaycan ictimaiyyəti və beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən bu fəaliyyət Mehriban Əliyevanı humanist dəyərlərin daşıyıcısı, xalqına və dövlətinə sədaqətlə xidmət edən şəxsiyyət kimi təqdim edir.
Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri
