Avqustun 7-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Şəki rayonunun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesində cari vəziyyət, uşaqların davamiyyətinə nəzarət, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, həmçinin qida təminatı və təhlükəsizlik məsələləri müzakirə olunub. İdarə müdiri bağçalarda nizam-intizamın, pedaqoji nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, keyfiyyətli məktəbəqədər təhsilin uşaqların gələcək təhsil həyatına əhəmiyyətli təsirindən danışıb, eyni zamanda müəllim-uşaq və müəllim-valideyn münasibətlərində etik davranış qaydalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Sonda bağça rəhbərləri tərəfindən səsləndirilən mövcud problemlər və təkliflər dinlənilib, çatışmazlıqların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın və daimi nəzarətin əhəmiyyəti diqqətə çatdırılıb.
#EduAz #ŞəkiZaqatalaRTİ #Görüş
