Sizin reklam burada
Sizin reklam burada

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik yolunda atdığı hər addımda xalqın rifahı, milli maraqların qorunması və müasir, güclü dövlətin qurulması üçün qətiyyətli və uzaqgörən siyasət nümayiş etdirmişdir. Onun rəhbərliyi altında Azərbaycan təkcə iqtisadi, siyasi və hərbi sahələrdə deyil, həm də informasiya və media sahəsində ciddi inkişaf mərhələsinə qədəm qoymuşdur.

İlham Əliyev milli mətbuatın azad, peşəkar və obyektiv fəaliyyətinə daim böyük önəm verib. Prezidentin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi media islahatları, jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar bu sahəyə olan xüsusi diqqətin təzahürüdür. O, dəfələrlə çıxışlarında medianın cəmiyyətdə oynadığı rolu vurğulamış, söz və mətbuat azadlığının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdir.

Xüsusilə, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə çoxsaylı media işçiləri üçün yeni yaşayış kompleksləri inşa edilmiş, onların fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmişdir. Media sahəsində şəffaflığın və məsuliyyətin artırılması istiqamətində həyata keçirilən islahatlar, Media Agentliyinin yaradılması və müasir informasiya standartlarına uyğunlaşdırılmış “Media haqqında” qanunun qəbul edilməsi mətbuatın peşəkarlıq səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır.

Prezident İlham Əliyevin qlobal informasiya savaşlarında tutduğu mövqe, dezinformasiyalara qarşı apardığı prinsipial mübarizə də dövlətin informasiya təhlükəsizliyinə verdiyi önəmi göstərir. Xüsusilə Vətən müharibəsi dövründə Prezidentin informasiya müharibəsindəki fəallığı və cəbhədən cəmiyyətə doğru zamanında və dəqiq məlumatların çatdırılması media və informasiya siyasətinin nə qədər güclü və çevik olduğunu təsdiqlədi.

Bu gün Azərbaycan mətbuatı inkişaf edir, beynəlxalq platformalarda layiqincə təmsil olunur və milli maraqların müdafiəsində aktiv rol oynayırsa, bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və mətbuata verdiyi dəstəyin nəticəsidir.

Cənab Prezident İlham Əliyev – güclü dövlət, güclü lider və azad medianın təminatçısıdır.



Tahir Qafarov
"Şəki Bazar" ASC-nin sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ