arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq araşdırmalara baṣlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şəmsi Əmirov müəyyən edilib. O, iribuynuzlu heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında davam etdirilən tədbirlərlə Ş.Əmirovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adıçəkilən şəxs tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq cari ilin fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. S.Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ