Sizin reklam burada
Sizin reklam burada

Novruz-milli birlik bayramıdır

Novruz-milli birlik bayramıdır


Yurdumuza Novruz gəlir! Elimizin nazlı qızı bahar gəlir obamıza. Gəlişiylə ölkəmizə şənlik, birlik, həmrəylik gətirir. Güllər kimi arzular da çiçək açır bu bayramda. Təbiət dilə gəlir, bülbül gülə, gül bülbülə layla çalır Novruzda. İncə nərgizgülü, boynubükük bənövşə xoş ətirli baharın gəlişindən müjdə verir bizlərə. Qatar-qatar sıralanan qaranquşlar baharla bərabər yurdumuza qədəm qoyur. Əsən küləklərin vahiməsindən titrəyən təzə-tər çiçəklərin rəqsi ilə açılır dan yeri bəzən...Göylərdən süzülən gah narın, gah da şıltaq yaz yağışları köhnə ilin qəm-qüssəsini yuyur sanki. Uca dağların başında əriyən qarlar çaylara sel, torpaqlara bərəkət gətirir. Bahar ətirli ilıq nəfəsiylə oyadır təbiəti... Elimizə Novruz gəlir!
Novruz bayramı baharın, yazın gəlişini simvolizə edən qədim xalq bayramımız olmaqla birlikdə, milli birlik və həmrəylik bayramıdır. Sevindirici haldır ki, bu gün Novruz ölkəmizdə rəsmi-milli bayram kimi qeyd olunur. Novruzun gəlişi təzə ilin köhnə ili yola salması olmaqla bərabər, həm də hər birimiz üçün təzə arzu, təzə ümid deməkdir. Bəlkə elə buna görədir ki, baharın gəlişini hamımız səbirsizliklə gözləyirik...
Novruz bayramı baharın, yazın gəlişini simvolizə edən qədim xalq bayramımız olmaqla birlikdə, milli birlik və həmrəylik bayramıdır. Sevindirici haldır ki, bu gün Novruz ölkəmizdə rəsmi-milli bayram kimi qeyd olunur. Novruzun gəlişi təzə ilin köhnə ili yola salması olmaqla bərabər, həm də hər birimiz üçün təzə arzu, təzə ümid deməkdir. Bəlkə elə buna görədir ki, baharın gəlişini hamımız səbirsizliklə gözləyirik...
Ümumilikdə, Novruz İranda, Qafqazda, Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə təntənəli şəkildə keçirilir. Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Belə məkanlar arasında Los-Anceles, Toronto və Londonu göstərmək olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var. Heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Novruz bayramında ocaq qalamaq və od üstündən tullanmaq istəyən Cənubi Kaliforniyada yaşayan iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir, od yandırmağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
Novruz bayramının beynəlxalq ənənəyə çevrilməsi və bayram mərasimlərinin müxtəlif xalqlar arasında dostluq və qardaşlığa zəmin yaratması xalqlar arasında həmrəyliyə səbəb olmaqla yanaşı, dünya xalqları arasında sülh və səmimilik yaradır. Gəlişiylə elimizə bərəkət, ömrümüzə təravət gətirən Novruz həmrəylik, dostluq və milli birlik bayramıdır. Bayramınız mübarək!



Novruz-milli birlik bayramıdır
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ