Sizin reklam burada
Sizin reklam burada

Bakıda güclü külək 10-dan çox ağacı aşırdı

Bakıda güclü külək 10-dan çox ağacı aşırdı
Bakıda güclü külək səbəbindən 15 ağac aşıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, gecədən başlayan güclü külək paytaxtın müxtəlif rayonlarında müxtəlif gövdəli 15 ağacın aşmasına səbəb olub.

Hadisə ilə bağlı daxil olan müraciətlərə dərhal reaksiya verilib və qurum əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək aşan ağaclar ərazilərdən götürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ