Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib

Sumqayıtda əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib
Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

APA xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ