Sizin reklam burada
Sizin reklam burada

“Azərsu” ASC: “Biz sayğac istehsal etmirik”

“Azərsu” ASC: “Biz sayğac istehsal etmirik”


Bakıda xətalı su sayğacları quraşdırılır.

Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, paytaxtın Xətai rayonu Yusif Səfərov 12 ünvanında yaşayan sakinlərdən biri su sayğacın sərfiyyat olmadan çalışdığını iddia edir:

“Sayğacdan sərfiyyat 4 göstərirdi, artıq 7 göstərir. Sayğacdan hava qalıb deyənlər üçün qeyd edim ki, elə durum yoxdur. Evdə heç kim yoxdu, sular bağlıdır. Köhnə sayğac da, yeni sayğac da öz kefindədir. Bir geri, üç irəli sərfiyyat yazır. Yeni sayğac hələ heç qoşulmayıb, amma işləyir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasınsa bildirib ki, bu hal hökmən araşdırılmalıdır:

“Bu sayğaclar “Azərsu”nun sayğac laboratoriyalarına aparılmalıdır. Orada xüsusi cihazlarda yoxlanıldıqdan sonra bilinəcək ki, sayğac xətalıdır yoxsa yox. Vətəndaşlar bu kimi hallarıa qarşılaşdıqda “Azərsu”ASC-yə müraciət etməlidir. Çünki bu gün bizim 1 milyon 300 mindən çox sayğacımız var. Qurum olaraq onların hər birinə nəzarət edə bilmərik. Bənzər şübhəli məqamlar olanda vətəndaş rəsmi qaydada bizə bildirməlidir. Üstəlik yayılan videogörüntülərdə vətəndaş ikinci sayğacın yeni quraşdırıldığını da qeyd edir. “Azərsu”ASC sayğac istehsal etmir. Biz sayğacları Gəncə şəhər Cihazqayırma Zavodundan satın alır və abonentlərin istifadəsinə veririk”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ