Sizin reklam burada
Sizin reklam burada

Qazaxıstanda 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü - FOTO

Qazaxıstanda 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü - FOTO
Əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23-də Qazaxıstanın Kamenoqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib.

“Unikal”ın məlumatına görə, 1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kikboks, qaydasız döyüş və K-1 növləriylə məşğul olub. O, boks və kikboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N.Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğulduğu Qax rayonuna gətirilərək dəfn olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ