Ən az 10 milyon insan Ukraynadakı evlərini tərk edərək qaçqın və ya köçkünə çevrilib.
Bu barədə bazar günü BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi özünün “Twitter” hesabında məlumat verib.
Ali Komissarlığın saytında dərc olunan statistikaya əsasən, martın 19-na olan məlumata görə, Ukraynanı 3 milyon 389 min 44 nəfər tərk edib.
Eyni zamanda, onlardan 2 050 392 nəfər Polşaya, 527 247 nəfər Rumıniyaya, 362 514 nəfər Moldovaya, 305 518 nəfər Macarıstana sığınıb.
