Türkiyənin İstanbul şəhərindən Diyarbəkirə doğru hərəkət edən sərnişin avtobus qəzaya uğrayıb.
İnsident səhər saatlarında baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan sərnişinlərdən səkkizinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mənbə: Anadolu
