arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Aİ: “Rusiya üçün ağır nəticələrə səbəb olacaq tədbirlər planlaşdırırıq”

Aİ: “Rusiya üçün ağır nəticələrə səbəb olacaq tədbirlər planlaşdırırıq”
Avropa İttifaqı (Aİ) liderləri Rusiyanın Ukraynaya daxil olmasından sonra, ona qarşı tədbirlərin müzakirəsinə başlayacaqlar.


Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin birgə bəyanatında deyilir.

“Mişel Avropa Şurasının təcili fövqəladə iclasını çağırıb. Aİ liderləri bu gün böhranı və Rusiya üçün ağır nəticələrə səbəb olacaq gələcək məhdudlaşdırıcı tədbirləri müzakirə edəcəklər", - deyə sənəddə qeyd olunur.

Sənəddə bildirilir ki, bu tədbirlər transatlantik tərəfdaşlarla razılaşdırılaraq həyata keçiriləcək.

Mənbə: RİA Novosti

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ