Sizin reklam burada
Sizin reklam burada

Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər cərimələnib - FOTO

Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər cərimələnib - FOTO
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ