Sizin reklam burada
Sizin reklam burada

Azad edilmiş ərazilərdə ötən həftə neçə mina aşkarlanıb? - FOTO

Azad edilmiş ərazilərdə ötən həftə neçə mina aşkarlanıb? - FOTOAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ