Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu

Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu
Paytaxtdakı 27 və 42 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ