Şabran dəmir yolu stansiyası ərazisindən oğurluq etməyə cəhd göstərilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıblar.
Araşdırma aparılır.
