“Bayram günlərində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb və 139 həkim briqadası xidmət göstərib”.
Oxu.Az xəbər verir ki, bunu stansiyanın əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.
Onun sözlərinə görə, bayram günlərində çağırışların sayında artım olsa da, çalışılıb ki, hər kəs təcili yardım xidməti ilə təmin edilsin.
N.Fərzəliyeva bildirib ki, bayram günlərində pirotexniki vasitələrdən xəsarət almaqla bağlı müraciət daxil olmayıb:
“Adi günlərdə 2600-2700 çağırış daxil olurdusa, bayram günlərində bu rəqəm 2800-3300 arası olub. Ən çox çağırışlar yanvar ayının 2-si və 3-ü tarixlərində qeydə alınıb. Bu da digər tibb müəssisələrinin qeyri-iş günlərində fəaliyyət göstərməməsi ilə əlaqəlidir”.
