Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan idmançıları 2021-ci ildə neçə medal qazanıb? - AÇIQLANDI

Azərbaycan idmançıları 2021-ci ildə neçə medal qazanıb? - AÇIQLANDI

Azərbaycan idmançılarının bu il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıb.

Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-Olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

  • Sosial şəbəkədə paylaş