Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
AZƏRTAC xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıb.
