Azərbaycanın 3 kikboksinq hakiminin beynəlxalq dərəcələri rəsmən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu ay İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında iştirak etmiş 3 hakim Aydın Ağabəyov A, Məhəməd Babayev və Anar Məmmədov B dərəcəsi alıb.
Onların hər üçünə WAKO (Kikboksinq Təşkilatları Ümumdünya Assosiasiyası) tərəfindən qızıl kart verilib. Həmin kartların qüvvəsi bir il – 2022-ci ilin noyabrınadəkdir.
