Sizin reklam burada
Sizin reklam burada

ATU-nun dosenti koronavirusa yoluxub, komaya düşüb - FOTO

ATU-nun dosenti koronavirusa yoluxub, komaya düşüb - FOTO



Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramovun vəziyyəti ağırdır.

Oxu.Az-ın məlumatına görə, o, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti stabildir ağırdır.

Yaxınları onun həyatının xilas olması üçün kömək istəyir və ECMO cihazına qoşulmasının vacib olduğu bildirir.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda İlham Bayramovun vəziyyəti çox ağırdır:

“Terminal komadadır. Hazırda onun vəziyyəti Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və respublikanın reanimotoloqu İsrail Məhərrəmbəylinin ciddi nəzarət altındadır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ