Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edən qəhrəman şəhidlərimizdən beş nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiram və hörmətlə yad edir:
Əsgər Cəfərzadə İsrayıl Namiq oğlu 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Əslən Ağsu rayonundan olan İ.Cəfərzadə 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olub. O, sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunub. Təhsilini bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb.
Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi alıb.
