Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan yeddi qəhrəmanımızın doğum günüdür.
Oxu.Az şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir.
Şəhid baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.
