Paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb.
Bununla bağlı məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
Bildirilib ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu,
Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb.
Qeyd edək ki, 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.
Layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları da quraşdırılıb.
