arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

YAP sədrinin müavini: “Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının rəmzidir”

YAP sədrinin müavini: “Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının rəmzidir”


“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur.

“Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”, - deyə o bildirib.

O söyləyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir:

“Bu gün də Azərbaycan Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ