Sizin reklam burada
Sizin reklam burada

Dövlət agentliyinə COVID-19-la bağlı neçə müraciət daxil olub? - RƏSMİ

Dövlət agentliyinə COVID-19-la bağlı neçə müraciət daxil olub? - RƏSMİ


Cari ilin ilk səkkiz ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə 134 259 müraciət daxil olub.

Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-avqust ayları ərzində çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 36 208, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 35 308, psixoloji dəstəklə bağlı xəttinə 2 124, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6 860, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə 33 724, vaksinasiya ilə bağlı xəttinə isə 20 035 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 14 820-si koronavirus şübhəsi, 9 471-i özünütəcrid müddəti, 1 952-si xarici ölkəyə getmək üçün tələb olunan tibbi arayışların verilməsi ilə bağlı olub. İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 5 172-si müayinə və müalicə, 5 139-u əlillik məsələləri, 4 468-si dərman və cihaz təchizatı barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstəyə 264, ictimaiyyət və tibbi heyət üçün psixoloji dəstək üçün 255, psixoloji pozğunluqlar (Psixopatologiya) ilə bağlı 71, COVID-19 xəstələri üçün psixoloji dəstək ilə bağlı isə 30 müraciət daxil olub.

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin 3 428-i isə tibbi müayinə və müalicə ilə bağlı olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ