Sizin reklam burada
Sizin reklam burada

Çindən Əfqanıstana dəstək

Çindən Əfqanıstana dəstək



Çin hökuməti Əfqanıstana kömək etmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə Çinin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Çjao Liçzyan deyib.

“Əfqanıstanda sülhün bərpası səylərinə töhfəmizi verməyə davam edəcəyik və bu ölkəyə sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün hər cür kömək göstərəcəyik”, - deyə o bildirib.

Ş.Liçzyan ölkəsinin Əfqanıstanla yeni diplomatik əlaqələri hansı şərtlər altında qurmağa hazır olduğuna aydınlıq gətirib:

“Çinin Əfqanıstanla yeni diplomatik əlaqələr qurub-qurmayacağı barədə yalnız ölkəsinin maraqlarını layiqincə təmsil edən tolerant və açıq bir hökumət qurulduqdan sonra danışmaq mümkün olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ