Sizin reklam burada
Sizin reklam burada

Ukraynada “Xarı bülbül” Azərbaycan dili məktəbi açıldı

Ukraynada “Xarı bülbül” Azərbaycan dili məktəbi açıldı


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan “Xarı bülbül” Azərbaycan dili məktəbinin açılış mərasimi olub.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının - Xarkovdakı “Dostluq” Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr edilmiş dərsliklər hədiyyə ediblər.

Mərasimdə UABD sədri Hikmət Cavadov və başqaları çıxış edərək, Azərbaycan dilində məktəbin açılması münasibətilə soydaşlarımızı və onların övladlarını təbrik edib, məktəbə rəhbərlik edən “Aynur – Xatun” təşkilatının sədri Kiyafət Cəfərovaya təşəkkürünü bildirib.

Məktəb sentyabr ayından fəaliyyətə başlayacaq və öz qapılarını şagirdlərin üzünə açacaq. Məktəbdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq. Qeyd edilib ki, ana dili hər bir millətin ən böyük nemətidir və xaricdə yaşayan azərbaycanlıların övladları yerli cəmiyyətə inteqrasiya olunmaqla yanası, öz doğma dilini unutmamalı və onu mükəmməl şəkildə mənimsəməlidirlər.

Tədbir çərçivəsində Xarkovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aparıcı şəxslərilə diasporun inkişafına dair müxtəlif aktual məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ