Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var - FOTO



Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, 50-DH-450 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil döngədən gələn 50-DE-192 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobili gözləməyərək ona çırpılıb.

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ