Sizin reklam burada
Sizin reklam burada

Bakıda ağır yol qəzasında dörd nəfər xəsarət aldı

Bakıda ağır yol qəzasında dörd nəfər xəsarət aldı




Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Verdixanova Aysel Şahin qızı, 1957-ci il təvəllüdlü Əliyeva Minarə Vəfadar qızı və onun nəvəsi, 2007-ci il təvəllüdlü İsmayılzadə Beyrək Anar oğlu, eləcə də 1973-cü il təvəllüdlü Məmmədova Səadət Musa qızı xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Verdixanovaya qapalı kəllə-beyin travması, M.Əliyevaya döş qəfəsinin əziyi və qapalı kəllə-beyin travması, B.İsmayılzadəyə qapalı kəllə-beyin, S.Məmmədovaya isə sol baldırın sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Yaralıların hamısı reanimasiyaya yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ