Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu kilometrliyində iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.
Məlumatlara görə, dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə dağıdılaraq ərazidən uzaqlaşdırılıb, sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.
