“Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Biz Azərbaycanla ayrılmaz, ətlə dırnaq kimiyik”.
Bu sözləri Türkiyənin Vitse-prezidenti Fuad Oktay Ermənistan tərəfindən Azərbaycana edilən hücumu qınadığı açıqlamasında deyib.
Vitse-prezident “Twitter” hesabında etdiyi paylaşımda bunları qeyd edib:
“Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. Hər zaman və hər şərtdə səninləyik, Azərbaycan!”.