Sizin reklam burada
Sizin reklam burada

"Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq"

"Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq"

"Meyitlər bərbad vəziyyətdədir, əsasən yanıb, hamısı yığılıb, indi morqda identifikasiya olacaq. Xəstəxanalara yerləşdirilən 29 nəfər, o cümlədən iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 11-nin vəziyyəti ağır, qalanları isə orta-ağırdır"

Bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayeb deyib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ