Sizin reklam burada
Sizin reklam burada

Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar

- - - - -
Sentyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında 2023-cü il üzrə birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.
Tərbirdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov, Mingəçevir Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi-seminarı giriş sözləri ilə açan təhsil sektorunun müdiri Rəfael Məmmədov ilk olaraq gələn qonaqları salamlayıb və ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafın naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb.
Daha sonra MDU-nun professor-müəllim heyəti Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri, milli-mənəvi dəyərlərimizin qorunması və Heydər Əliyev irsi milli sərvətimizdir mövzularında elmi-mühazirələrlə çıxış edib, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

  • Sosial şəbəkədə paylaş