Sizin reklam burada
Sizin reklam burada

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı


2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan üzrə miqrasiya saldosu açıqlanıb.
Bu dövr ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 964 nəfər qeydə alınıb.
Azərbaycandan isə 493 nəfər gedib.
Beləliklə, bu müddət ərzində ölkə üzrə miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.

  • Sosial şəbəkədə paylaş