Sizin reklam burada
Sizin reklam burada

Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb



ABŞ-ın Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.
Bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.
Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.

  • Sosial şəbəkədə paylaş